AVRO-2020-nin finalında İtaliyaya məğlub olan İngiltərə millisinin futbolçularının ünvanına sosial şəbəkələrdə 12500-dən çox təhqir mesaları ünvanlanıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, ismarıclar futbolçuların ailə üzvləri də daxil olmaqla irqi, dini təhqir və təhdidlərdən ibarət olub.
Xatırladaq ki, AVRO-2020-də İngiltərə yığması Xorvatiya, Çexiya və Şotlandiyanın olduğu qrupda birinci yeri tutub. "Pley-off"da Qareth Sautqeytin yetirmələri Almaniyanı (2:0), Ukraynanı (4:0) və Danimarkanı (2:1) məğlub edib. Final oyununda isə İngiltərə millisi İtaliyaya penaltilər seriyasında (1:1, pen 2:3) məğlub olub.
Emin Şəmsiyev