İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Fransanın "Bordo" klubunu çalışdıracaq.
Fanat.Az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, xorvat əsilli bosniyalı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
İsveçrə millisində 2022-ci ilin yayına qədər işləməli olan çalışdırıcının yığmadakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, son Avropa çempionatında İsveçrə seçməsi 1/4 finala qədər irəliləmiş və bu mərhələdə oyunsonrası penaltilərlə (1:1, penaltilər seriyası - 1:3) İspaniyaya yenilmişdi.
Nihat