Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 13 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Nicat Rəhimov
Bu gün, 77 kq çəki dərəcəsində Olimpiya çempionu (2016), 77 kq çəki dərəcəsində dünya çempionu (2015), Dünya Gənclər Oyunlarının qalibi (2010) Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet Nicat Rəhimovun doğum günüdür.
1993-cü ildə Bakıda dünyaya göz açan idmançı Nizami Paşayevin rəhbərliyi altında məşq edib.
Qadınların döyüşünə icazə verilib.
2009-cu ilin bu günü İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında qadın boksunun 2012-ci ildə Londonda keçiriləcək Oyunlar proqramına daxil edilməsi qərara alınıb.
Alan Şirer (Alan Shearer)
1970-ci il 13 avqustda, Avropa çempionatının bürünc mükafatçısı (1996), İngiltərə çempionu (1995), 3 dəfə İngiltərə Premyer Liqasının bombardiri (1995, 1996, 1997), ingiltərəli futbolçu Alan Şirer dünyaya göz açıb.
Emin Şəmsiyev