Türkiyə I Liqa təmsilçisi "Bursaspor"un azarkeşləri Azərbaycan millisinin üzvü Namik Ələskərova görə baş məşqçiyə etiraz edir.
Fanat.Az xəbər verir ki, "Altınordu" ilə matçda oynamaq şansı verilməyən, hətta isinmə hərəkətlərinə belə göndərilməyən futbolçumuzla bağlı Fatih Tekkeye sosial mediada böyük təzyiq göstəriblər.
Liqanın 4-cü həftəsində "Altınordu"nun qonağı olan və meydandan məğlub ayrılan (1:2) "Bursaspor"a tənqidlər artıb ki, onlardan biri Ələskərovun oynamaq şansı almaması ilə bağlıdır. "Yaşıl-ağlı" azarkeşlər məsələyə kəskin reaksiya verərək Tekkenin niyə belə addım atmasını başa düşmədiklərini vurğulayıblar.
Gənc məşqçi isə oyunsonrası mətbuat konfransında şərh verərək, bir çox yeni transferin hələ komandaya tam hazır olmadığını izah etməyə çalışıb.
Mirağa