Sankt-Peterburqun Primorski rayon məhkəməsinə iranlı hücumçu Sərdar Azmindan şikayət daxil olub.
Fanat.Az championat.com-a istinadən xəbər verir ki, Kazan sakini olan qadın "Zenit"in forvardının uşağın atası olduğunu iddia edib.
Adı açıqlanmayan şikayətçi Azmunla 2018-ci ildə - hücumçu "Rubin"də oynadığı dönəmdə tanış olduqlarını, lakin onun 2021-ci ilin mayında doğulan körpədən imtina etdiyini bildirib.
Rusiyalı qadın Sərdarın uşağın atası olduğunu etiraf etməsini və onun maaşının 25 faizinin aliment şəklində övladına verilməsini istəyib.