Bu gün Türkiyə Superliqasının X turunda İstanbul derbisi keçiriləcək. "Beşiktaş" "Vodafon Park"da "Qalatasaray"ı qəbul edəcək.
Fanat.Az xəbər verir ki, "Beşiktaş"ın sabiq yarımmüdafiəçisi, əfsanəvi ispan futbolçu Quti (Guti) komandaların şanslarını dəyərləndirib:
"Ölkədaxili çıxışları nəzərə alsaq, bu gün "Beşiktaş" daha üstün görünür. "Qalatasaray"ın səfərdə oynaması "Beşiktaş"a daha da üstünlük verir.
Türkiyədə çempionluq uğrunda həmişə 4 böyük komanda yarışır. Amma məncə, "Beşiktaş" bu il çempionluğu qazana biləcək ən uğurlu komandadır."
Xatırladaq ki, "Beşiktaş" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Emin Şəmsiyev