"Mançester Yunayted"in superulduzu Kriştianu Rpnaldu 5-ci dəfə ata olmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin forvardı şəxsi "Instagram" hesabında sevgilisi Corcina Rodrigeslə fotosunu paylaşıb və belə yazıb:
"Əkiz övladlarımızın dünyaya gələcəyini sizlərə çatdırdığım üçün şadam. Ürəklərimiz sevgiylə doludur. Sizi səbirsizliklə gözləyirik".