“Real”la düşməyimizi istəməzdim. Amma “Santyaqo Bernabeu”ya qayıtmaq sevindiricidir. Pandemiyaya görə vidalaşa bilməmişdim".
Fanat.Az xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"ə rəqib olmaları ilə bağlı danışarkən deyib.
İspaniyalı müdafiəçi 16 il çıxış etdiyi sabiq komandası ilə qarşılaşmanın arzuolunmaz olduğunu etiraf edib: "Qismət belə imiş. PSJ ilə başqa bir komandanın qarşılaşmasını istərdim. “Real”a olan sevgimi və hörmətimi hamı bilir. Amma indi PSJ-nin müdafiəsi mənə etibar edilib və turu keçmək üçün mümkün olan hər şeyi edəcəyəm. PSJ üçün meydanda canımı qoyacağam”.
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Hələlik oyunların dəqiq tarixi açıqlanmayıb.