Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Xixon “Sportinq”i ilə “Kadis” arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Kadis” 1/4 finala yüksəlib.
“Rayo Valyekano” “Jirona”nı, “Malyorka” “Espanyol”u mübarizədən kənarlaşdırıb.
Derbi statusu daşıyan “Real Betis” - “Sevilya” matçı isə yarıda dayandırılıb. İlk hissənin sonlarında “Betis” azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Qarşılaşmanın taleyi ilə bağlı hansı qərarın qəbul olunacağı bilinmir.
İspaniya Kuboku
1/8 final
15 yanvar
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
Jirona – Rayo Valyekano 1:2
Qollar: Bernardo, 26 – Quardiola, 45+1; 48.
Malyorka – Espanyol 2:1
Qollar: Kubo, 32. Prats, 60 – Puado, 62.
Real Betis – Sevilya 1:1 (matç yarıda dayandırılıb)
Qollar: Fekir, 39 – Qomes, 35.
16 yanvar
15:00. Atletiko (Baleares) - Valensiya
19 yanvar
00:00. Real Sosyedad – Atletiko Madrid
20 yanvar
22:00. Elçe – Real Madrid
00:30. Atletik - Barselona