"Atalanta"nın müdafiəçisi Robin Qosens "İnter"ə keçib.
Fanat.Az Milan klubunun rəsmi saytına istinadən xəbər verir ki, alman futbolçu bu ay yeni komandasına qoşulacaq.
Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, hazırda zədədən sonrakı bərpa dönəmini keçən Qosens 2017-ci ildən "Atalanta"nın formasını geyinir.