İtaliya millisinin məşqçisi Canluka Vialli mədəaltı vəzi xərçəngi ilə mübarizəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Football Italia"ya daha çox "Yuventus" və "Çelsi"dəki çıxışı ilə yadda qalan veteranın söylədiklərini belə çatdırıb:
"Əlbəttə, ölümdən qorxuram. O dünya barədə heç birimizin dəqiq təsəvvürü yoxdur. Amma düzünü desəm, bu dünya ilə vidalaşandan sonra insanı nələr gözlədiyi mənə çox maraqlı gəlir... Bu xəstəlik yalnız əzab deyil. Xərçəng sizin kim olduğunuzu öyrənmək üçün yaxşı vasitədir. Məsələn, sona çatdıra bilməyəcəyin işlərinə görə narahat olur, vaxtın azlığını anlayıb qəribə həyəcan keçirirsən. Amma çox dərinə gedib ona təşəkkür etməyəcəm".
Qeyd edə ki, Vialli İtaliya millisində 59 oyun keçirib.
Nihat