"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Tottenhem"lə oyundan öncə fərdi məşq edib.
Fanat.Az mankunianların mətbuat xidmətinə istinadən xəbər verir ki, komandasının böyük hesabla uduzduğu (1:4) Mançester derbisini buraxan ulduz hücumçu fiziki formasını bərpa edib.
"Mançester Yunayted" - "Tottenhem" görüşü martın 12-də keçiriləcək.
Daha öncə Ronaldunun əzəli rəqiblə - "Mançester Siti" ilə prinsipial dueldən öncə vətəni Portuqaliyaya uçduğu bəlli olmuşdu. Kriştianu bunu ombasındakı zədə ilə izah etmişdi. "Qırmızı şeytanlar"ın 1:4 hesablı yenilgisindən sonra Ronaldunun bu addımının komanda yoldaşlarının ciddi narazılığı ilə qarşılandığı barədə informasiyalar yayılmışdı.
Nihat