"Real Madrid"in yarımmüdafiəçisi Eduardu Kavaminqa komanda yoldaşı Kərim Benzemanın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə (3:1) qarşı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, GFFN-ə danışan Kavaminqa matçda het-trikə imza atan Benzema haqda bunları deyib:
"O, liderdir, kapitandır. O, bizə yol göstərir. Bu matçda da Kərim bunu etdi. O, 3 qol vuraraq bizi xilas etdi. Baxmayaraq ki, bəziləri bizim üçün hər şeyin bitdiyini hesab edirdi, biz Kərim sayəsində 3 qol vurmağa müvəffəq olduq. Həmişə inanmaq lazımdır. Biz çox xoşbəxtik".
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan ispanlar 1/4 finala adlayıb.
Röya