UEFA Çempionlar Liqasında "Real Madrid"lə cavab oyunundan sonra özünü aqressiv aparan PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi haqqında intizam işi açıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, hakimlərə təzyiq edən ərəb futbol funksioneri hətta Madrid klubunun əməkdaşını ölümlə hədələyib.
Matçdan sonra Əl-Xelaifi əsəbi halda klubun dəhlizlərində qaçaraq matçın baş hakimini axtarıb və onun ünvanına qışqırıb. PSJ-nin davranışı "Real Madrid" işçisi tərəfindən mobil telefona yazılaraq lentə alınıb. Bunu görən Əl-Xelaifi buna daha da pis reaksiya verib və mobil telefonunu ona atıb, üstəlik, öldürməklə hədələyib.
UEFA-nın açıqlamasında həmçinin, PSJ-nin idman direktoru Leonardın davranışının araşdırıldığını qeyd edilib.
Xatırladaq ki, “Real Madrid” öz meydanında “Santyaqo Bernabeu”da parisliləri 3:1 hesabı ilə məğlub edib və ümumilikdə 3:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Mirağa