"Çelsi"nin baş məşqçisi Tomas Tuxel iş yerini dəyişə bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Mançester Yunayted" "zadəganlar"ın düşdüyü vəziyyətdən faydalanmaq istəyir.
"Qırmızı şeytanlar"ın rəhbərliyi Ralf Ranqnikin müvəqqəti olaraq tutduğu baş məşqçi postunu Tuxelə tapşırmağı əsas hədəf sayır. Tərəflər hələ bu yöndə razılığa gəlməsələr də, mənbə mövcud durumun MY-nin işinə yarayacağını vurğulayıb.
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra "Çelsi"nin sahibi Roman Abramoviçə Böyük Britaniya ərazisində yaşamaq və işləmək yasaqlanıb. Rusiyalı iş adamının bütün səhmləri dondurulub. Bu səbəbdən Abramoviçin London klubunu satması da problemə çevrilib. Hazırda sözügedən İngiltərə təmsilçisi bilet satışı hüququnu belə, itirib.
Nihat