Rusiyanın bombardmanları Ukraynada idman obyektlərini də tanınmaz hala salır.
Fanat.Az xəbər verir ki, “Desna”nın oyunlarını keçirdiyi Çerniqovdakı stadiona ciddi ziyan dəyib. Obyekt tamamilə bərbad vəziyyətə düşüb.
İdman qurğusunun hazırki vəziyyətini göstərən fotolar "Şaxtyor Donetsk" klubu tərəfindən "Twitter"də yerləşdirilib.
📍 Стадіон у Чернігові… Тримайтеся, друзі 🙏 #Україна #Ukraine #StandWithUkraine #StopRussianAggression pic.twitter.com/44CYSkY8bs
— ⚒FC SHAKHTAR DONETSK (@FCShakhtar) March 11, 2022
Çerniqov Rusiya ordusunun sıx atəşi altında olan Ukrayna şəhərlərindən biridir. Yerli “Desna" Ukrayna Premyer Liqasında çıxış edir.
Mirağa