
PSJ-nin qapıçısı Canluici Donnarumma İtaliya A Seriyasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, "Yuventus" futbolçunun xidmətində maraqlıdır.
Mənbə bildirir ki, 23 yaşlı italyan PSJ-də özünü narahat hiss edir.
Xatırladaq ki, Donnarumma 2015-2021-ci illərdə "Milan"ın şərəfini qoruyub.
Emin