
Səudiyyə Ərəbistanı şirkəti İngiltərənin "Çelsi" klubunu ala bilər.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, "Saudi Media Group"dur.
Şirkətin sahibi Məhəmməd Alkereyci "zadəganlar"a sahib olmaq üçün qarşı tərəfə 3,5 milyard ABŞ dolları məbləğində rəsmi təklif göndərib.
Alkereyci London təmsilçisinin azarkeşidir. O, klubun səhmlərini ala biləcəyi halda, "Çelsi"nin yeni titul sponsoru da olacaq. Artıq Səudiyyə Ərəbistanının NEOM şirkətinin adı mətbuata bəllidir. Lakin NEOM-dan başqa da bu işi görmək istəyən qurumlar var.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Böyük Britaniyada yaşamasına və işləməsinə qadağa qoyulan Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə yəhudi əsilli rusiyalı iş adamı klubu satacağını bildirib.
Nihat