İngiltərənin "Brentford" klubunda çıxış edən Kristian Eriksen yenidən Danimarka millisinə çağırılıb.
Fanat.Az Danimarka Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Niderland və Serbiya komandalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları üçün yığmaya cəlb edilib.
Oyunlar uyğun olaraq olaraq 26 və 29 martda baş tutacaq.
Xatırladaq ki, Eriksenin AVRO-2020 zamanı, Finlandiyaya qarşı keçirilən oyunda urəyi dayanmışdı. Həkimlərin müdaxiləsi nəticəsində futbolçu meydandan birbaşa klinikaya aparılaraq əməliyyat (futbolçunun urəyinə kardioverter-defibrilyator yerləşdirilib) olunmuşdu.
Nihat