
"Barselona"nın baş məşqçisi Xavi "Yuventus"un futbolçusu Paulo Dibalanın heyətə qatılmasını istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Xəbərə görə, "Barselona"nın prezidenti Joan Laporta argentinalı hücumçunun transferini Xavi ilə müzakirə edib. 41 yaşlı çalışdırıcı klub başqanına Dibalanı sərəncamında görməyi arzulamadığını bildirib.
28 yaşlı Dibala bu mövsüm "Yuve" formasıyla 29 oyuna çıxıb. Cənubi amerikalı bu görüşlərdə 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin təmsilçisi ilə olan müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.
Nihat