Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Arsenal” (Tula) komandası aşağı liqaya düşüb.
Tula təmsilçisi 29-cu turda “Ufa”ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.
Quliyev də bu matçın iştirakçısı olub. “Arsenal”ın yarımmüdafiəçisi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Arsenal” növbəti mövsümdə Milli Futbol Liqasında (FNL) çıxış edəcək.