"Barselona" rəsmi saytı vasitəsi ilə yeni futbolçu transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, son İtaliya çempionu "Milan"dan azad agent qismində ayrılan Frank Kessyedir.
Fil Dişi Sahili millisinin üzvü müddəti 2026-cı ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb. Anlaşmaya xüsusi bənd əlavə edilib. Belə ki, sözləşməsi qüvvədə olduğu dönəmdə Frankı transfer etmək niyyətinə düşən klub Kataloniya təmsilçisinə 500 milyon avro təzminat ödəməlidir.
Xatırladaq ki, 25 yaşlı Kessye 2017-ci ildən "Milan"da idi. O, İtaliya klubunda ümumilikdə 223 matça çıxaraq 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat