Hazırda klubsuz olan Rusiya millisinin və "Zenit"in sabiq hücumçusu Artyom Dzyuba çimərlik futboluna keçə bilər.
Fanat.Az "Sport Ekspress"ə istinadən xəbər verir ki, forvard Rusiya çempionatında çıxış edən "Stroqino" klubundan təklif alıb.
Bunu “Match-Premier” telekanalının efirində komandanın baş direktoru deyib: “Dzyuba ilə bağlı ağıla gələn ilk fikir çimərlik futboludur. Sınasın, niyə də yox? Sankt-Peterburqda “Kristal”, Moskvada bir çox klublar var. Dzyuba çimərlik futbolu üçün uyğundur. Çimərlik futboli liqasında super forvard olacaq. Sizi buna əmin edirəm. Bizim klubun qapıları onun üzünə açıqdır. Bunu rəsmi təklif hesab edə bilər", - deyə klub rəsmisi bildirib.
Emin