Maaşının azaldılmasına razılıq verməyən və "Barselona"dan ayrılmaq istəməyən Frenki de Yonq azarkeşlərin qəzəbinə tuş gəlib.
Fanat.Az "Spanish Sport" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi klubun bazasının yaxınlığında bir neçə tərəfdar tərəfindən təhqir olunub.
“Barselona” azarkeşlərinin stadionun qarşısından maşınla keçən niderlandlını təhqir etdiyi video yayımlanıb. De Yonq onların yanından keçərkən tərəfdarlar: “Az maaşı qəbul et, ey balaca köpək”, - deyə qışqırıblar.
Barcelona fans have been videoed shouting at Frenkie de Jong:
— SPORTbible (@sportbible) August 10, 2022
🗣 "Accept a salary cut, b*tch." 😳
pic.twitter.com/xx1JTODCT7
Qeyd edək ki, ulduzundan yaxa qurtarmaq istəyən "Barselona"nın cəhdlərinə baxmayaraq, de Yonq hətta təxminən 18 milyon avroluq maaşının azaldılmasına da razılıq vermir. Üstəlik, bir neçə ispan mənbəsi “Barselona”nın ona müəyyən məbləğdə borcu olduğunu bildirir.
Mirağa