"Latsio"nun italiyalı müdafiəçisi Françesko Açerbinin "İnter"ə transferi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.
Xəbərə görə, bu keçidə Milan klubunun prezidenti Stiven Can mane olub. "Qara-göylər"in başqanı əməkhaqqı üçün ayrılmış büdcəyə qənaət etməyin vacibliyini əsas gətirərək milli üzvünün heyətə qatılmasına əngəl yaradıb.
Xatırladaq ki, Açerbi İtaliya millisi ilə son Avropa çempionatının qalibi olub. Onun "Latsio" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat