Fransa I Liqasının VIII turunda "Lion"a (1:0) qarşı görüş PSJ-nin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, matçda fərqlənən 35 yaşlı hücumçu karyerasında penaltilər istisna olmaqla 672-ci qoluna imza atıb.
Bununla da argentinalı forvard 671 dəfə rəqib qapılarına yol tapan "Mançester Yunayted"li Kriştianu Ronaldunu geridə qoyub.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqust ayından PSJ-də çıxış edir.