Ötən gün UEFA Millətlər Liqasının oyunları çərçivəsində Trnavada keçirilən Slovakiya - Azərbaycan matçını (1:2) izləyənlər arasında Avropanın bir neçə klubunun skautları yer alıb.
Fanat.Az "Novy Cas" saytına istinadən xəbər verir ki, tribunada Çexiyanın "Slaviya", "Slovan Liberets" və Slovakiyanın "Slovan Bratislava" klublarının nümayəndələri görünüb.
Nəşrin yazdığına görə, skautlar futbolçuları əsasən qol+pas sistemi üzrə izləyiblər.
Seleksionerlərin konkret olaraq hansı komandanın futbolçularını izlədikləri barədə məlumat yoxdur.
Emin