
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün ilk matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu evdə "Benfika"nı qəbul edəcək.
Bakı İdman Sarayında baş tutacaq oyun saat 20:00-da başlayacaq.
Təmsilçimiz ilk oyuna itkilərlə çıxacaq. Vərəqə cəzalısı olduğuna görə Giovanny Valero, Karlos Bertuola və Alekssanderson Teixeira komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyun
24 noyabr
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Benfika" (Portuqaliya)
Bakı İdman Sarayı.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov
Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jean Markos Perruzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 49. Kənan Manafov, 7. İaqo Henrique, 9. Alleks Rezende.
Baş məşqçi: Yevgeni Kukseviç.