
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu gün yarımfinala vəsiqə qazanan digər iki komandanın adına aydınlıq gəlib.
"Bayern Münhen" evdə "Real Madrid"i qəbul edib. Gərgin məcrada keçən matçda meydan sahibləri əzmkar qələbə qazanıblar. Ümumi hesabda da öndə olan Münhen təmsilçisi adını yarımfinala yazdıraraq PSJ-yə rəqib olub.
"Arsenal" isə doğma meydanda "Sportinq"i sınağa çəkib. Tərəflərin Portuqaliyadakı duelində İngiltərə Premyer Liqasının lideri minimal hesablı qələbəyə sevinib. Bu görüşdə isə hesab açılmayıb.
Ümumi hesabda öndə olan Londonlular növbəti mərhələdə "Atletiko Madrid" ilə üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
"Bayern Münhen" (Almaniya) – "Real Madrid" (İspaniya) 4:3
Qollar: A.Pavloviç, 6. H.Keyn, 38. L.Dias, 89. M.Olise, 90+4. - A.Gülər, 1,29. K.Mbappe, 42.
(İlk oyun - 2:1)
"Arsenal" (İngiltərə) – "Sportinq" (Portuqaliya) 0:0
(İlk oyun - 1:0)