
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün ikinci finalçının adı bəlli olub.
Həlledici oyuna vəsiqə qazanan növbəti komandanın adına Almaniyada aydınlıq gəlib. "Bayern" ÇL-in son qalibi PSJ ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Ümumi hesabda üstün olan parislilər finala adlayıblar
Qeyd edək ki, bu PSJ finalda "Arsenal" ilə üz-üzə gələcək. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
"Bayern Münhen" (Almaniya) – PSJ (Fransa) 1:1
Qol: H.Keyn, 90+4. - O.Dembele, 3.
(İlk oyun - 4:5)