
UEFA Çempionlar Liqasında yeni tsikl start götürür.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu qitə turnirində təmsil edəcək "Sabah" bu gün debüt matçına çıxacaq.
Tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək "bayquşlar" birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS komandası ilə qarşılaşacaq. Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması iyulun 14-də Uelsin Ozuestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
7 iyul
"Sabah" – TNS 0:0 (ilk hissə)
Hakimlər: Patrik Qriskieviç, Marçin Boniek, Bartoş Kasunski, Voytsex Mus.
Masazır. "Bank Respublika Arena" stadionu.
“Sabah”: Pokatilov (k), Solvet, Daşdəmirov, Zedatka, Puxaç, Rahmonəliyev, Lepinitsa, İsayev, Simiç, Mikels, Maluda
Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.
Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.