14:23 25.08.2020 1361

"Rəşadın meydanda yoxluğunu hər kəs hiss edir" - Qurban Qurbanov

"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir matçdan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq". 

Fanat.Az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada futbolçuların nə lazımdırsa edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: "Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq, amma buna fikir vermirik. Bizi çətin oyun gözləyir. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq". 

Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun meydanda faydalı iş əmsalı çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır". 

Qurbanov ötən mövsümün sonunda karyerasını başa vuran Rəşad Sadıqovla yeni müdafiəçi Kevin Medinanı müqayisə edib: "Rəşadın meydanda yoxluğunu hər kəs hiss edir. İstərdik ki, onun kimi lider komandamızda olsun və bunu hamı arzulayır. Dünya praktikasında da belə bir şey var. Onun meydanda olması böyük bir kömək idi. Yoxluğunu hiss edirik. Medina ilə Rəşad fərqli oyunçulardır. Hərəsinin öz üslubu var. Amma Kevindən də başqa cür faydalanırıq. Tam uyğunlaşmayıb, lakin komandaya güc qatır. Düzdür, komandadakı gənclərə Rəşadın uşaqları demişdim. Amma bu gün komandada olan gənclər böyük ehtimalla burada olacaqlar. Cavan futbolçuların başqa komandalarda çıxışına qarşı deyiləm. Gələcəkdə hər şey ola bilər". 

Mütəxəssis Mahir Emrelidən tam razı olduğunu söyləyib: "Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur. Dino Ndlovu da yeni gələndə tənqid olunurdu, amma sonradan faydası dəydi. Mahir əvvəl gənc idi, təcrübəsi çatmırdı. İndi ondan daha çox şey gözləyirik. Amma bir mövqedə 2-3 futbolçu olarsa, daha yaxşı olar. Musa Qurbanlı barədə fikir bildirməsəm, daha yaxşı olar. Bu barədə danışmaq tezdir. Qapıda ya Emil, ya da Şahruddin olacaq".

Baş məşqçi yeni transferlə bağlı işlərin müsbətə doğru getdiyini sözlərinə əlavə edib: "Bu oyuna çatmayacaq, amma növbəti matçda heyətimizdə ola bilər. Yeni transferimiz yarımmüdafiə mövqeyində çıxış edir". 

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X