12:39 01.09.2020 1426

"Qarabağ" rəsmisi: "Biz haqlarımızı tələb edirik"

"UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki, bizdə problem yoxdur. Çalışırıq ki, rəqib buraya gəlsin". 

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Mölde"si ilə matçın neytral meydanda keçirilmə variantına münasibət bildirərkən deyib. 

Klub rəsmisi bildirib ki, qaydalar bütün ölkələrə tətbiq olunsa, UEFA-nın qərarı ilə razılaşacaqlar: "UEFA Millətlər Liqasının ilk turunda Norveç yığması Avstriyanı qəbul etməlidir. Sentyabrın 4-də keçiriləcək matç üçün Avstriya millisi Norveçə daxil olduqda problemlə üzləşməsə və onlara karantin tətbiq edilməsə, "Mölde" də öz ölkəsinə qayıdanda karantin görməyə bilər. Onların qorxusu odur ki, ölkələrinə döndükdə 10 gün karantində qalacaqlar".

Əsgərov "UEFA matçın yerini dəyişə bilərmi" sualına belə cavab verib: "Son qərarı Avropa futbol qurumu verəcək. Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya Norveçə karantinsiz girə bilirsə, Norveç komandası da öz ölkəsinə gözüyumulu girməlidir".

Klub rəsmisi "Mölde"nin UEFA-nın qərarına sonra Bakıya gəlməyə məcbur olacağını söyləyib: "Məcburiyyəti "Qarabağ" yox, UEFA edə bilər. Qayda belədir ki, onlar gəlməsə və ya kim matça çıxmasa, həmin komandaya texniki məğlubiyyət verilir. Sadəcə, UEFA Norveçə girişdə karantinin tətbiq edildiyini bildirir, biz isə deyirik ki, "Mölde" xüsusi icazə ilə karantinə alınmaya bilər. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Mölde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir". 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Mölde" matçı saat 20:00-a təyin olunub. 
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X