Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya" (Dortmund) klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gəlib. Hesabı almanlar açsa da, "şəhərlilər" sonradan 2 top vurub və adını yarımfinala yazdırıb.
Gecənin digər oyunu İngiltərədə "Liverpul"la Madrid "Real"ı arasında olub. İspaniyadakı ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən "kral klubu" səfərdə qolsuz heç-heçəyə razılaşaraq yarımfinala yüksəlib.
UEFA Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
"Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) 1:2
Qollar: Bellingem, 15 - Mahrez, 52; Foden, 75.
İlk oyun - 1:2
"Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) 0:0
İlk oyun - 1:3
Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol