Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Mançester Siti" komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Hesabı meydan sahibləri açsa da, Pep Qvardiolanın yetirmələri geri dönüş etməyi bacarıb və bu nəticə ilə finala yüksəlmək şansını yaxşılaşdırıb.
Yarımfinalın digər oyununda isə dünən İngiltərə təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) 1:2
Qollar: Markinyos, 15 - De Bröyne, 64; Mahrez, 71
Qırmızı vərəqə: İdrissa Qeye, 78 (PSJ)
PSJ: Keylor Navas, Presnel Kimpembe, Markinyos, Mitçell Bakker, Alessandro Florensi, Marko Verratti, İdrissa Qeye, Leandro Paredes, Anxel Di Mariya, Neymar, Kilian Mbappe.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Joao Kanselo, İlkay Gündoğan, Rodri, Fil Foden, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez.
Qeyd edək ki, yarımfinal mərhələsində cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol