"Sportinq"in 16 yaşlı forvardı Rodriqu Ribeyru Çempionlar Liqasının 1/8 finalının cavab matçında - "Mançester Siti" ilə səfər qarşılaşmasında (0:0) 89-cu dəqiqədə meydan çıxaraq turnirin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, birinci görüşdə 0:5 hesabı ilə uduzduğu üçün mübarizəni dayandıran Lissabon təmsilçisinin hücumçusu ÇL-in pley-off görüşlərində indiyədək oynamış ən gənc futbolçu olub.
O, 16 yaş 315 günlüyündə rekord müəyyənləşdirib.
Qeyd edək ki, ÇL-də forma geyinmiş ən gənc futbolçu Dortmund "Borussiya"sının oyunçusu Yussufa Mukokodur. Mukoko 2020-ci ildə, 16 yaş 18 günlük olarkən qrup mərhələsində debüt edib.
Nihat