Yanvarın 10-dan 16-dək Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək. Qadınların yarışında Yekaterina Ryabova, kişilərdə Vladimir Litvintsev qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq.
Startı Litvintsev edəcək. İdmançımız yanvarın 12-də mübarizəyə qoşulacaq.