"Formula-1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşlər başa çatıb.
Fanat.Az xəbər verir ki, günün ilk sessiyasında - üçüncü sərbəst yürüşlərdə "Mercedes" piloti Corc Rassel birinci olub.
Britaniyalı sürücü "Ferrari"dən Şarl Lekleri cəmi 0.013 saniyə qabaqlaya bilib. İlk "üçlüy"ü tamamlayan "McLaren"in sürücüsü Lando Norris isə liderə 0.223 saniyə uduzub.
Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisində saat 14:15-də "Formula-2" sürücüləri sprint (qısa) yarışda qalibi müəyyən edəcəklər.
Günün son sessiyasında isə sıralanma turunda "Formula-1" sürücüləri saat 16:00-da poul uğrunda mübarizəyə başlayacaqlar.
Azərbaycan Qran-prisi isə sentyabrın 15-də başa çatacaq.