Koronavirus pandemiyası "Formula-1"ə də mənfi təsir edib.
Fana.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, "Formula-1" üzrə daha 3 Qran-pri təxirə salınıb.
Məlumatda bildirilir ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri baş tutmayacaq. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcək. Azərbaycan Qran-prisi 5-7 iyun tarixlərinə planlaşdırılır.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi bundan əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.
Fanat.Az