"Formula 1"-in keçmiş rəhbəri Berni Ekklstoun 89 yaşında yenidən ata olacaq.
Berni və həyat yoldaşı Fabiananın yeni övladlarının iyul ayında dünyaya gələcəyi gözlənilir. Fanat.Az xəbər verir ki, ingilis biznesmen "Blick"-ə müsahibəsində məlumatı təsdiqləyib:
"Bəli, yayda övladımız dünyaya gələcək. Ümid edirəm ki, tezliklə nərd oynamağı öyrənəcək.
Məncə, burada qəribə bir şey yoxdu. "Formula 1"-dən ayrıldıqdan sonra "məşq etmək" üçün kifayət qədər zamanım var idi".
43 yaşlı Fabiananın sözlərinə görə, cütlük oğlan uşağı gözləyir.
Berni bu il oktyabr ayında 90 yaşını qeyd edəcək. Onun əvvəlki evliliyindən üç qızı var. Həmçinin Ekklstoun üç nəvə və iki nəticə sahibidi.
Fanat.Az