Sebastyan Fettel 2020 mövsümünün sonunda "Ferrari"ni tərk edəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Fettel müqaviləsini yeniləməmək qərarına gəlib.
32 yaşlı pilot 2015-ci ildən "Ferrari"də çıxış edir. Onun müqaviləsi 2020-ci ilin sonuna kimi nəzərdə tutulub. Mənbənin məlumatına görə, tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməyiblər. Bu gün komandanın məlumatı təsdiqləyəcəyi gözlənilir.
"Ferrari"nin Fettelə maaşının əhəmiyyətli dərəcədə azaldılması şərtilə birmövsümlük müqavilə təklif etdiyi bildirilir. Skuderiya Şarl Leklerin "birinci pilot" olmasında maraqlıdı.
"Ferrari"nin alman pilot əvəzinə, Karlos Saynsı komandaya dəvət edəcəyi güman edilir.
Qeyd edək ki, Fettel "Formula 1" üzrə 4 qat (2010, 2011, 2012, 2013) dünya çempionudu.
Fanat.Az