"The Sunday Times" nəşrinin ənənəvi illik zənginlər siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Formula 1" pilotu Lyuis Hemilton hamını qabaqlayaraq Böyük Britaniyanın ən varlı idmançısı olub. Onun varidatı 224 milyon funt sterlinqə bərabərdi.
Sözügedən sıralamanın bütün 32 illik tarixini nəzərə alsaq, Hemiltonun Britaniyada ən zəngin idman ulduzu olduğunu görə bilərik. O, bu mənada Deyvid Bekhemi (reytinqə əsasən, karyerasını bitirdiyi 2013-cü ildə varidatı 200 milyon funt təşkil edirdi - Fanat.Az) geridə qoyub.
35 yaşlı pilot son bir il ərzində 37 milyon funt sterlinq qazanıb.
Fanat.Az