"Reno" 15 min işçisini ixtisar edib.
Bununla yanaşı, "Reno"nun "Formula 1"-də iştirakını davam etdirəcəyi dəqiqləşib. Fanat.Az GrandPx.news-a istinadən xəbər verir ki, ixtisarlar işdən çıxarılmar əsasında baş tutmayıb. Sadəcə, təqaüdə çıxan əməkdaşların əksəriyyətinin pozisiyaları ləğv edilib. Beləcə, "Reno" növbəti üç il ərzində 2 milyard avro qənaət edə biləcək.
"Reno"nun baş direktoru Klotilda Delbo bildirib: "Formula 1"-ə sadiq olduğumuzu açıq şəkildə bəyan edirik. Aşağı büdcə məhdudiyyətləri ilə bağlı maliyyə qaydalarına edilən düzəlişlər bizim xeyrimizə olacaq. Bu səbəbdən də "Formula 1"-də qalmaq qərarına gəldik".
Fanat.Az