Cari mövsümdə "Formula 1" üzrə ABŞ, Braziliya, Meksika və Kanada mərhələləri baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, "Formula 1" sözügedən etapların ləğv olunduğuna dair bəyanat yayıb. Bu mərhələlərin əvəzinə Nyurburqrinq, İmola və Portuqaliyada yarışlar keçiriləcək.
Almaniya etapı 9-11 oktyabr, Portuqaliya Qran-prisi isə 23-25 oktyabr tarixlərinə təsadüf edəcək. İmola mərhələsinin formatı ilə bağlı yekun qərar hələlik verilməyib. Entso və Dino Ferrari avtodromundakı yarışın iki gün ərzində baş tutma ehtimalı var.
Fanat.Az