"Formula-1" üzrə dünya çempionatının daha bir mərhələsi ləğv olunub.
Fanat.Az xəbər verir ki, ilk dəfə keçirilməsi nəzərdə tutulan Vyetnam qran-prisi baş tutmayacaq. Buna səbəb adıçəkilən ölkədə koronavirus pandemiyasının sürətlə yayılmasıdır.
Vyetnamda 1200 nəfərin virusa yoluxması və 35 nəfərin ölməsi xəbəri açıqlandıqdan sonra noyabrda keçirilməli olan mövsümün ikinci mərhələsinin ləğvi qərarlaşdırılıb.
Qran-prinin əvvəlcə apreldə keçirilməsi nəzərdə tutulsa da, sonradan oktyabra təxirə salınmışdı.
Fanat.Az