""Pit stop” indi sökülür, amma bunun gələn il keçiriləcək "Formula 1" yarışına təsiri olmayacaq”.
Bunu "Qafqazinfo"ya açıqlamasına Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyeva deyib.
O bildirib ki, ilkin təqvimə görə, "Formula 1" Azərbaycan Qran-prisi gələn ilin iyun ayının 6-na planlaşdırılıb:
"Çox güman ki, fevral ayında "Pit stop” binası yenidən quraşdırılacaq. Mənə verilən məlumata görə, bunun sökülməsi dövlət qurumlarının ehtiyacı səbəbindən verilən tapşırıqdır".
Qeyd edək ki, söküntü yekunlaşdıqdan sonra Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradı keçirilməsi gözlənilir.