"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünə Bəhreyn Qran-prisi ilə start verilib.
Fanat.Az xəbər verir ki, ilk test yürüşündə "Red Bull"un pilotu Maks Ferstappen lider olub.
"Mercedes"dən Valtteri Bottas ikinci, "Maklaren"dən Lando Norris üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, ikinci sınaq yürüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
Fanat.Az