"Formula-1”in əfsanəsi Mixael Şumaxerin həyat yoldaşı Korinna İsveşrənin Qlan şəhərindəki evlərini satışa çıxarıb.
Fanat.Az xəbər verir ki, satışdan əldə olunacaq vəsait sabiq pilotun müalicəsinə sərf ediləcək. 7 qat çempionun tibbi xidmətlərinə ildə təxminən 3 milyon avro xərclənir.
Ərazisi 20 min kvadrat metr təşkil edən malikanənin qiyməti 58,7 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabrında Frananın Meribel şəhərində dağ xizəyi ilə sürüşən zaman başından ciddi xəsarət alıb. Uzun müddət komada olan pilotun durumu 2018-ci ilin sonlarında yaxşılaşsa da, 2 il öncə Paris klinikasına yerləşdirilib.
Fanat.Az