4-6 iyun tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək «Formula-1 Azərbaycan Qran-Prisi»nə hazırlıqlar davam edir.
Fanat.Az xəbər verir ki, hazırda Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə Bakı Marşal Klubunun təlim-məşq toplantıları keçirilir. Məşqlərdə Formula-1 yarışı zamanı baş verə biləcək hadisələrin simulasiyası qurularaq marşallarla birlikdə təlimlər aparılır. Volkicar avtomobilləri və drift pilotlarının iştirakı ilə mini-trek qurulmaqla yarış zamanı baş verə biləcək qəza, texniki nasazlıqlar və digər ekstremal vəziyyətlər üzrə məşqlər olub.
Bakı Marşal Klubu 5 il ərzində peşəkar təlim keçmiş yerli marşallardan ibarətdir. Artıq bir neçə ildir ki, Bakı Marşalları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ən yaxşı marşallar siyahısında təqdir edilirlər.
Fanat.Az