"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.
Fanat.Az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.
"Ferrari" pilotları Şarl Lekler və Karlos Sayns müqafiq olaraq 2-3-cü yerləri tutub.
"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yerlə kifayətlənib.
Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.
İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Fanat.Az